İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini İsmayıl Kövsəri İranın xarici işlər naziri Mənuçöhr Müttəkinin vəzifəsindən uzaqlaşdırılması məsələsini Parlamentin Milli təhlükəsizlik və xarici siyasət komissiyasında araşdırılacağının deyib. Bu barədə FARS xəbər agentliyi məlumat verir.
"Mən Müttəkinin bu şəkildə işdən uzaqlaşdırılmasını bəyənmirəm. Ona görə ki, Müttəki Seneqalda rəsmi səfərdə olduğu zaman vəzifəsindən kənarlaşdırılıb", - Kövsəri deyib.
Dekabrın 13-də İran Prezidenti Mahmud Əhmədinejadın sərəncamı ilə ölkənin xarici işlər naziri Mənuçöhr Müttəki Seneqalda rəsmi səfərdə olduğu halda vəzifəsindən çıxarılıb və bu vəzifənin icrası müvəqqəti olaraq İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehiyə həvalə edilib. Əhmədinejad Müttəkiyə öz xidməti vəzifəsini yerinə yetirdiyinə görə təşəkkür edib. Müttəki son yeddi ildə Xarici İşlər Nazirliyinə rəhbərlik edib. O, Əhmədinejadın ilk prezidentliyi dövründə bu vəzifəyə təyin edilmişdi.