...

Ermənistan hərbi prokuroru yaxın vaxtlarda işdən çıxarılacaq – qəzet

Dünya xəbərləri Materials 13 Yanvar 2011 11:22 (UTC +04:00)
Ermənistanın baş prokurorunun müavini, hərbi prokuror Armen Xaçaturyan yaxın vaxtlarda tutduğu vəzifədən azad olunacaq. Bu barədə "Aymanak jamanak" qəzeti yazır.
Ermənistan hərbi prokuroru yaxın vaxtlarda işdən çıxarılacaq – qəzet

Ermənistanın baş prokurorunun müavini, hərbi prokuror Armen Xaçaturyan yaxın vaxtlarda tutduğu vəzifədən azad olunacaq. Bu barədə "Aymanak jamanak" qəzeti yazır.

Məlumata görə, buna bənzər şaiyələr ölkənin baş prokurorluğunda çoxdan yayılıb və müvafiq əmr bir neçə gün ərzində dərc olunacaq, "Novosti-Armeniya" yazır.

Qəzet onu da qeyd edir ki, bu vəzifəyə Ermənistan prezidentinin köməkçisi, Ermənistan hökumətinin İnsan Haqları üzrə Avropa Məhkəməsində rəsmi nümayəndəsi olan Gevork Kostanyan təyin olunacaq. 

Kostanyan prezident aparatında əsasən məhkəmə-hüquq sistemində korrupsiya ilə mübarizə məsələlərilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti