...

Tehran zooparkında şirlərin kütləvi ölümü qeydə alınıb

Dünya xəbərləri Materials 17 Yanvar 2011 15:50 (UTC +04:00)
Tehranın "Erəm" zooparkında 14 şir təhlükəli virusa yoluxaraq ölüb.
Tehran zooparkında şirlərin kütləvi ölümü qeydə alınıb

Tehranın "Erəm" zooparkında 14 şir təhlükəli virusa yoluxaraq ölüb. Bu barədə Trend İranın "tabnak" xəbər saytına istinadən məlumat verir.

Məlumata əsasən, şirlər SAP adlı virusa yoluxaraq ölüblər. Bu virusun heyvanlardan insanlara keçmə ehtimalı da var.

İran KİV-in məlumatına əsasən, bundan öncə Tehran zooparkının rəhbəri Əmir İlhami deyib ki, SAP virusu zoopark heyvanlarında olmayıb və ötən 50 il ərzində belə virus heyvanlarda müşahidə olunmayıb.

Ötən ilin dekabr ayında Rusiyanın İrana hədiyyə etdiyi pələng SAP virusuna yoluxaraq ölmüşdü. İlhami pələngdə tapılan virus barədə demişdi ki, Rusiya pələngi İrana təhvil verilməmişdən öncə bu virusa yoluxub, lakin Rusiya tərəfi bu iddianı təkzib edib.

Xəbər lenti

Xəbər lenti