Mənbə dəyişib, təfərrüatlar əlavə olunub (ilk xəbər 03:00-də yayılıb)
Liviyanın başçısı Müəmmər Qəddafi, ehtimal ki, ölkəsini tərk edərək Venesuelaya yola düşüb. Bunu Liviyanın Çindəki səfiri Hüseyn Sadiq əl-Müsrəti Qətərın "Əl-Cəzirə" telekanalının yayımında deyib.
Əl-Müsrəti həmçinin bəyan edib ki, Qəddafinin oğulları arasında atışma baş verib. Səfir canlı yayımda istefa verib.
"Əl-Cəzirə" bu iddiaların təsdiqinə malik deyil.
Liviyanın əyalətlərində fevralın 15-dən başlayaraq Qəddafi və digər yüksəkvəzifəli məmurların istefası tələbilə etiraz aksiyaları davam edir. Associated Press agentliyinin məlumatına görə, polis tərəfindən ən azı 200 etirazçı öldürülüb.
Müəmmər Qəddafi, ehtimal ki, Liviyanı tərk edib - səfir (YENİLƏNİB)
Liviyanın başçısı Müəmmər Qəddafi, ehtimal ki, ölkəsini tərk edərək Venesuelaya yola düşüb. Bunu Liviyanın Çindəki səfiri Hüseyn Sadiq əl-Müsrəti Qətərın "Əl-Cəzirə" telekanalının yayımında deyib.
