...

Yəməndə İran gəmisi saxlanılıb

Dünya xəbərləri Materials 22 Fevral 2011 16:13 (UTC +04:00)
Yəmən Hərbi Dəniz Qüvvələri Ədən körfəzində İran gəmisini saxlayıblar. Bu barədə Trend MEHR agentliyinə istinadən məlumat verir.
Yəməndə İran gəmisi saxlanılıb

Yəmən Hərbi Dəniz Qüvvələri tərəfindən Ədən körfəzində İran gəmisi saxlanılıb. Bu barədə Trend MEHR agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Yəmən Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, Ədən körfəzində Yəmən sularına icazəsiz daxil olduğu üçün 13 nəfərlik heyəti olan İran gəmisi saxlanılıb.

MEHR agentliyi "Xinhua" agentliyinə istinadən məlumat verir ki, gəminin heyəti heç bir müqavimət göstərmədən Yəmən HDQ-yə təslim olub və hazırda onlar istintaqa ifadə verirlər.

Məlumatda gəminin hansı ölkədən hansı istiqamətə getdiyi və nə apardığı qeyd olunmayıb.

Xəbər lenti

Xəbər lenti