...

İranın Atom Enerjisi Təşkilatının rəhbəri "Rosatom"un baş direktoru ilə görüşüb

Dünya xəbərləri Materials 24 Fevral 2011 18:01 (UTC +04:00)
İran Prezidentinin müavini və Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi Dəvani cümə axşamı Tehranda "Rosatom" korporasiyasının baş direktoru Sergey Kiriyenko ilə görüşüb.
İranın Atom Enerjisi Təşkilatının rəhbəri "Rosatom"un baş direktoru ilə görüşüb

İran Prezidentinin müavini və Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi Dəvani cümə axşamı Tehranda "Rosatom" korporasiyasının baş direktoru Sergey Kiriyenko ilə görüşüb. Bu barədə Trend İranın ISNA agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, görüşdə tərəflər Buşəhr atom stansiyasının istifadəyə verilməsi və radioizotop satışı üzrə müqavilənin bağlanması barədə müzakirə aparıblar.

Rusiya İrana "molybdenum-99" və "iodine-131" izotoplarını satmaq istəyir.

Kiriyenko həmçinin İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə də görüşəcək.

Xəbər lenti

Xəbər lenti