...

Musəvi və Kərrubinin həbs edilməsi barədə yayılan məlumatlar yalandır - Tehran prokuroru

Dünya xəbərləri Materials 2 Mart 2011 16:06 (UTC +04:00)
Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi müxalifət liderləri Mehdi Kərrubi və Mir Hüseyn Musəvinin həbs və ev dustağı edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib və bildirib ki, bu məlumatlar yalandır.
Musəvi və Kərrubinin həbs edilməsi barədə yayılan məlumatlar yalandır - Tehran prokuroru

Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi müxalifət liderləri Mehdi Kərrubi və Mir Hüseyn Musəvinin həbs və ev dustağı edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib və bildirib ki, bu məlumatlar yalandır. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Dövlətabadi martın 1-də İranda baş verən hadisələrə münasibət bildirərək deyib ki, bəzi hökumətə zidd saytlar əhalini mitinqlər keçirməyə dəvət etmişdilər, lakin elə də böyük bir hadisə baş vermədi.

Martın 1-də İranda müxalifət liderləri Mehdi Kərrubi və Mir Hüseyn Musəvinin həbsdən azad edilməsi tələbi ilə Tehranın müxtəlif yerlərində aksiya keçirənlərlə polis arasında qarşıdurma yaranıb. Musəviyə yaxın olan "Kalame" saytının (kaleme.com) məlumatına əsasən, polis aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib və etirazçıları dəyənəklə dağıdıb.

Musəvi və Kərrubinin ev dustağı edilərək istintaqa cəlb olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirən Dövlətabadi deyib ki, əcnəbi xəbər saytları yalan məlumatlar yayır, Musəvi və Kərrubi öz evlərindədir, onlar barəsində "ev dustağı" sözünü işlətmək düzgün deyil.

Müxalifət KİV-lərinin məlumatına əsasən, hakimiyyət iki həftə bundan əvvəl Musəvi və Kərrubinin evinə gediş-gəlişi qadağan etmişdi. Hazırda müxalifət liderlərinin harada saxlanılması barədə dəqiq məlumat yoxdur, lakin FARS agentliyinin məlumatına görə, onlar təhlükəsizlik qüvvələrinin təşkil etdiyi bir evdə saxlanılırlar. Kərrubinin saytı "SahamNews"un məlumatına görə, müxalifət liderləri Hişmətiyyə həbsxanasında saxlanılırlar.

Xəbər lenti

Xəbər lenti