...

Yaponiyanın Fukusima prefekturasında 5,0 maqnitudadan çox yeraltı təkanlar qeydə alınıb

Dünya xəbərləri Materials 21 Mart 2011 12:34 (UTC +04:00)
Martın 11-də dağıdıcı zəlzələdən və ondan sonra baş verən sunamidən ciddi ziyan çəkən Fukusima prefekturası ərazisində bu gün 5,3 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.
Yaponiyanın Fukusima prefekturasında 5,0 maqnitudadan çox yeraltı təkanlar qeydə alınıb

Martın 11-də dağıdıcı zəlzələdən və ondan sonra baş verən sunamidən ciddi ziyan çəkən Fukusima prefekturası ərazisində bu gün 5,3 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ABŞ Geologiya Xidmətinin (USGS) saytı xəbər verib. Məlumatı RİA Novosti yazır.

Xidmətin bildirdiyinə görə, yerli vaxtla 14:08-də 5,3 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin ocağı 17,8 kilometr dərinlikdə, episentri İvaki şəhərinin (Fukusima prefekturası) cənub-şərqinin 116-cı, paytaxt Tokionun şimal-şərqinin 176-cı kilometrliyində olub.

5,2 maqnitudalı ikinci zəlzələ yerli vaxtla saat 14:54-də baş verib. Zəlzələnin ocağı 37,1 kilometrdə, episentri isə Fukusima prefekturasının İvaki şəhərinin 143-cü kilometrliyində olub.

Sunami təhlükəsi elan edilməyib. Zərərçəkənlər və dağıntılar haqqında məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti