...

İranın Kürdistan əyalətində iki terror aktı baş verib

Dünya xəbərləri Materials 25 Mart 2011 15:27 (UTC +04:00)
İranın Kürdistan əyalətində iki terror aktı baş verib, iki polis ölüb, ikisi isə yaralanıb. Trend-in məlumatına görə, bu barədə İranın MEHR agentliyi xəbər yayıb.
İranın Kürdistan əyalətində iki terror aktı baş verib

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir T.Hacıyev/

İranın Kürdistan əyalətində iki terror aktı baş verib, iki polis ölüb, ikisi isə yaralanıb. Trend-in məlumatına görə, bu barədə İranın MEHR agentliyi xəbər yayıb.

Məlumata əsasən, dünən gecə Kürdistan əyalətində terror qrupu polisə hücum edib. Bu hadisədən bir saat sonra digər bir terror aktında da polisə hücum olunub. Nəticədə iki polis həlak olub, ikisi isə yaralanıb.

Terror aktının kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. MEHR agentliyinin məlumatına görə, terrorçular odlu silahdan istifadə ediblər.

Xəbər lenti

Xəbər lenti