...

İran və Misirin xarici işlər nazirləri görüşəcək

Dünya xəbərləri Materials 29 Aprel 2011 16:10 (UTC +04:00)
İranın xarici işlər naziri Əli Əkbər Salehi iyun ayında İndoneziyada keçiriləcək Tərəfsiz Dövlətlər Hərəkatının XİN rəhbərlərinin iclası çərçivəsində misirli həmkarı Nəbil əl-Ərəbi ilə görüşəcək.
İran və Misirin xarici işlər nazirləri görüşəcək

İranın xarici işlər naziri Əli Əkbər Salehi iyun ayında İndoneziyada keçiriləcək Tərəfsiz Dövlətlər Hərəkatının XİN rəhbərlərinin iclası çərçivəsində misirli həmkarı Nəbil əl-Ərəbi ilə görüşəcək. Bunu İranın Misirdə mənafeyini qoruyan mərkəzin rəhbəri Müctəba Əmani deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Əmani bildirib ki, Tərəfsiz Dövlətlər Hərəkatının hazırkı sədri Misirdir və xarici işlər nazirlərinin bir-biri ilə görüşməsi təbiidir.

İran ilə Misir arasında münasibətlər 1978-ci ildə - Misir İsraillə Kemp-Devid sülh sazişini imzalayandan və Qahirə devrilmiş İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq təklif edəndən sonra pozulub. İki ölkə arasında münasibətlər Misirdə Hüsni Mübarək rejiminin devrilməsindən sonra istiləşməyə başlayıb.

Bundan əvvəl İran və Misirin xarici işlər nazirləri Əli Əkbər Salehi və Nəbil əl-Ərəbi öz çıxışlarında iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi zəruriliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti