...

Tbilisidə Xalq Məclisinin aksiyası zamanı toqquşma baş verib

Dünya xəbərləri Materials 22 May 2011 14:15 (UTC +04:00)
Tbilisidə Xalq Məclisinin aksiyası zamanı toqquşma baş verib.
Tbilisidə Xalq Məclisinin aksiyası zamanı toqquşma baş verib

Gürcüstan, Tbilisi, 22 may /Trend, müxbir N.Kirtsxalia/

Bu gün, yerli vaxtla səhər saat 7-də Gürcüstanın İctimai Televiziyasının qabağında müxalifətçi Xalq Məclisinin keçirdiyi aksiyası zamanı toqquşm baş verib.

30-a yaxın aksiya iştirakçısı içində polis işçilərinin olduğunu güman edilən maşına hücum etdikdən sonra, xüsusi təyinatlı dəstələr onlara cavab olaraq lazımi tədbirlər görüblər.

Müxalifətçilər avtomobilin şüşələrini sındıraraq, onun içində oturan adamlara hücum edərək, döyüblər. Lakin maşının sürücüsü avtomobili gadisə yerindən aparmağa nail oldu. Bundan sonra polis göyə rezin güllələrlə atəş açaraq, gözyaşardıcı qazı buraxdı.

Aksiya iştirakçıları polisi onları saxlamağa cəhd göstərdikdə ittiham etsələr də, videoçəkilişdə aydın şəkildə görünür ki, bu doğru deyil.

Xalq Məclisinin lideri Nino Burcanadzenin söylədi ki, aksiya iştirakçılarına hücum edildi, və baş verən hadisələrinin qərərsiz işıqlandırmasını tələb etdi.

Xəbər lenti

Xəbər lenti