...

Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili 25 may Tbilisiyə qayıdacağına söz verdi

Dünya xəbərləri Materials 22 May 2011 16:40 (UTC +04:00)
Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili 25 may Tbilisiyə qayıdacağına söz verdi
Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili 25 may Tbilisiyə qayıdacağına söz verdi

Gürcüstan, Tbilisi, 22 may /Trend, müxbir N. Kirtsxalia/

Gürcüstanın keçmiş müdafiə naziri və "Gürcü partiyası"-nın lideri İrakli Okruaşvili 25 may Tbilisiyə, "həlledici döyüş" üçün qayıdacağına söz verib.

"Mən iki şeyə söz verə bilərəm - 25 may tarixində mən Gürcüstanda olacam, və 25 may indiki hakimiyyətin son günü olacağ. Həbsim haqqında bəyanatlar haqqında deyə bilərəm ki, artıq onların heç bir əhəmiyyəti yoxdur", Okruaşvili deyib.

"Biz xalqımızla bir yerdə duracağıq, və söz verirəm ki, 25 may du rejimin axırıncı günü olacaq. 25 may tarixində mən dostlarımla, xalqımı Saakaşvili rejimindən qurtarmaq üçün, Gürcüstana qayıdacam", Okruaşvili dedi.

Xəbər lenti

Xəbər lenti