Azərbaycan, Bakı, 14 iyun /Trend/
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili yaxın günlərdə Hindistana səfər edəcək. Bunu İranın Hindistandakı səfiri Mehdi Nəbizadə deyib. Bu barədə Trend İranın ISNA xəbər agentliyinə istinadən məlumat verir.
Nəbizadənin sözlərinə görə, Cəlilinin Hindistana səfər proqramını hazırlamaq məqsədi ilə artıq Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri Hindistana səfər edib. "Baqiri Hindistana səfəri zamanı Hindistan Ali Milli Təhlükəsizlik Şurasının baş katibi və bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşlər keçirib", - o bildirib.
Nəbizadə deyib ki, Cəlilinin Hindistana səfəri zamanı iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi və Hind okeanında dəniz quldurları ilə mübarizə yolları müzakirə olunacaq.