...

İranın Məsləhət Şurası sədrinin qəbul otağında yanğın törədilib

Dünya xəbərləri Materials 23 İyun 2011 11:41 (UTC +04:00)
İranın Məsləhət Şurasının mətbuat xidməti bəyanat yayaraq Şura sədri ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin qəbul otağında qəsdən yanğın törədildiyini və hadisə zamanı bütün sənədlər və avadanlıqların yandığını bildirib. Bu barədə Trend İranın "Mardomsalari" qəzetinə istinadən məlumat verir.
İranın Məsləhət Şurası sədrinin qəbul otağında yanğın törədilib

Azərbaycan, Bakı, 23 iyun /Trend/

İranın Məsləhət Şurasının mətbuat xidməti bəyanat yayaraq Şura sədri ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin qəbul otağında qəsdən yanğın törədildiyini və hadisə zamanı bütün sənədlər və avadanlıqların yandığını bildirib. Bu barədə Trend İranın "Mardomsalari" qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, yanğın bazar ertəsi yerli vaxtla saat 02:30 radələrində baş verib.

"Naməlum şəxs Məsləhət Şurasının yerləşdiyi binaya girib. Qəbul otağına yaxınlaşıb və oranı yandıraraq qaçıb. Bunlar binanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb və həmin kadrlar ölkənin hüquq-mühafizə orqanlarına verilib. Hadisə zamanı növbətçi katib xəsarət alıb və xəstəxanaya çatdırılıb. Vəziyyəti qənaətbəxşdir", - Məsləhət Şurasının mətbuat xidmətinin bəyanatında bildirilir.

İranda 2009-cu il prezident seçkilərindən sonra ölkənin Məsləhət Şurasının sədri və ölkənin eks prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin uşaqları Mehdi Haşimi və Faizə Haşimi ölkədə qarışıqlıq yaratmaqda, həmçinin 2009-cu ilin iyununda prezident seçkilərinin nəticələrinə qarşı irimiqyaslı aksiyalar təşkil etməkdə dəfələrlə ittiham ediliblər. Aksiyalar zamanı Haşimi Rəfsəncaninin qızı Faizə iki dəfə həbs olunub. Mehdi Haşimi isə hazırda Britaniyadadır. Ötən il Tehran prokurorluğu tərəfindən Mehdi Haşimi bərasində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti