...

İran prezidentinin birinci müavini İraqa səfər edib

Dünya xəbərləri Materials 6 İyul 2011 10:24 (UTC +04:00)
İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhiminin başçılıq etdiyi nümayəndə heyəti bu gün İraqa səfər edib.
İran prezidentinin birinci müavini İraqa səfər edib

Azərbaycan, Bakı, 6 iyul /Trend/İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhiminin başçılıq etdiyi nümayəndə heyəti bu gün İraqa səfər edib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytına iribnews-a istinadən məlumat verir.

İiki günlük səfər zamanı Rəhimi İraq rəsmiləri ilə görüşəcək, iki ölkənin müştərək komissiyasının iclasında iştirak edəcək. Səfər zamanı iki ölkə arasında bir neçə əməkdaşlıq sazişinin imzalanması gözlənilir.

Səfərdə Rəhimini İranın rabitə və informasiya texnologiyaları naziri, yol və şəhərsalma naziri, iqtisad naziri, kənd təsərrüfatı naziri və digər rəsmilə müşaiyət edir.

Xəbər lenti

Xəbər lenti