Polşada qatarın qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub, onlarla şəxs yaralanıb, 20 nəfərin vəziyyəti ağırdır. Məlumatı yerli KİV-lər yayıb.
RİA Novosti bildirir ki, qəza Babı (Petrkovski rayonu) ərazisində yerli vaxtla 16.15 radələrində baş verib. Varşava-Katovice qatarının üç vaqonu relsdən çıxıb. Hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri, polis cəlb olunub. Xilasetmə əməliyyatına helikopterlər cəlb olunub.