...

İranda zəlzələ baş verib

Dünya xəbərləri Materials 20 Sentyabr 2011 09:52 (UTC +04:00)
Bu g ün səhər İranın Kirman əyalətinin Rabər şəhərində 4,2 maqnitudalı zəlzələ baş verib.
İranda zəlzələ baş verib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Bu gün səhər İranın Kirman əyalətinin Rabər şəhərində 4,2 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir.

Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla səhər saat 07:05-də baş verdiyini bildirib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti