...

İraqın şimalında 152 terror obyekti məhv edilib - Türkiyə SQ-nin Baş Qərargahı

Dünya xəbərləri Materials 21 Sentyabr 2011 15:26 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün bəyanat verərək bildirib ki, Qəndil dağında avqustun 17-dən bəri Türkiyə HHQ tərəfindən aparılan əməliyyatlarda kürd separatçılarının 152 obyekti məhv edilib.
İraqın şimalında 152 terror obyekti məhv edilib - Türkiyə SQ-nin Baş Qərargahı

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün bəyanat verərək bildirib ki, Qəndil dağında avqustun 17-dən bəri Türkiyə HHQ tərəfindən aparılan əməliyyatlarda kürd separatçılarının 152 obyekti məhv edilib. Trend-in məlumatına görə, xəbəri "Sabah" qəzeti yazır.

Bəyanatda qeyd olunur ki, zərbələr terrorçuların mövqe və arsenallarına endirilib.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü.
Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb. Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti