...

İslamabad kömək üçün beynəlxalq ictimaiyyətə müraciət edir - səfir

Dünya xəbərləri Materials 22 Sentyabr 2011 15:47 (UTC +04:00)
İslamabad irimiqyaslı daşqınlarla əlaqədar kömək üçün beynəlxalq birliyə müraciət edir.
İslamabad kömək üçün beynəlxalq ictimaiyyətə müraciət edir - səfir

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir T.Konyayeva/

İslamabad irimiqyaslı daşqınlarla əlaqədar kömək üçün beynəlxalq birliyə müraciət edir. Trend-in məlumatına görə, bu bardədə cümə axşamı Pakistanın Azərbaycandakı səfiri İnayətullah Kakar Bakıda mətbuat konfransında deyib.

"Pakistan səfirliyi özünün azərbaycanlı dostlarına maddi yardımla bağlı müraciət edir. Pakistan Milli Bankının Bakı filialında kömək etmək istəyənlər üçün hesab açılıb", - diplomat bildirib.

Pakistanda ara verməyən leysan yağışları ölkənin, demək olar, bütün infrastrukturuna ziyan vuran iri daşqınlara səbəb olub. Kakar əlavə edib ki, Pakistan öz gücü ilə fəlakətin nəticələrini aradan qaldıra bilmir.

Onun sözlərinə görə, Azərbaycanla Pakistan arasındakı əlaqələr yüksək səviyyədədir və iki ölkə arasında siyasi əməkdaşlıq çox perspektivlidir.

"Biz ən yüksək səviyyədə bir neçə səfər gözləyirik, lakin onlar qarşılıqlı razılaşmalardan asılıdır", - səfir deyib.

"Hazırda ölkələrimiz arasında hava nəqliyyatının açılması barədə danışıqlar gedir, lakin qarşıda görüləsi işlər çoxdur. Biz birbaşa reyslərin açılması üçün mümkün olan hər şeyi etməyə çalışırıq", - diplomat deyib.

Xəbər lenti

Xəbər lenti