...

Qəddafinin ailə üzvləri Əlcəzairi tərk edərək Misirə yola düşüblər - qəzet

Dünya xəbərləri Materials 26 Sentyabr 2011 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin ailəsinin 8 üzvü, onlar arasında qızı Aişə də var, avqustun 29-da Əlcəzairi tərk ediblər və Misirə yola düşüblər. Bu barədə Trend Əlcəzairin "Khabar" qəzetinə istinadən xəbər verir.

Bundan əvvəl Əlcəzair hakimiyyəti Qəddafi ailəsinin üzvlərinə humanizm mövqeyindən çıxış edərək, sığınacaq verdiyi barədə məlumat vermişdi.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib.

Altı ay davam edən hərbi əməliyyatlar gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib.

Fevralda müxalifət Benqazidə Milli Keçid Şurasını yaradıb və o, ölkədə yeganə legitim hakimiyyət orqanı elan edilib. MKŞ-ni Rusiya da daxil olmaqla, təxminən 60 ölkə tanıyıb.

Xəbər lenti

Xəbər lenti