Gürcüstan, Tbilisi, 23 oktyabr /Trend, müxbir N.Kirçxaliya/
Gürcüstanın qərbində iki yük qatarının toqquşması nəticəsində üç nəfər xəsarət alıb. "Gürcüstan Dəmir Yolları" Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, xəsarət alanlar Batumdan Ttbilisiyə gedən, yükü şəkər olan qatarın təhlükəsizlik xidmətinin əməkdaşları olub. Həmin qatar Tbilisidən gələn qatarla toqquşub. Toqquşma nəticəsində iki elektrovoz və və üç vaqon aşıb. Bir neçə saatlıq qərb istiqamətdə gedən yol iflic vəziyyətinə düşüb. Bi neçə saatdan sonra dəmir yollarında hərəkət bərpa olunub.
İlkin məlumata görə, qəza Tbilisidən gələn qatarın maşinistlərinin günahı ucbatından baş verib. Hadisədən sonra onlar hadisə yerindən qaçıblar. Xəsarət alanlar Ozurqeti xəstəxanalarına yerləşdirilib və onların vəziyyəti orta ağırdır.
Hadisə nəticəsində bir milyon lari zərər dəydiyi bildirilir. (1 lari = 1,66 ABŞ dolları)
Gürcüstanda iki yük qatarı toqquşub
Gürcüstanın qərbində iki yük qatarının toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
