...

Suriyanın Milli Keçid Şurası Türkiyədə nümayəndəlik açır

Dünya xəbərləri Materials 14 Noyabr 2011 13:57 (UTC +04:00)
Suriyanın Milli Keçid Şurası (MKŞ) yaxın günlərdə Türkiyədə nümayəndəlik açacaq. Bu barədə MKŞ-nin nümayəndəsi Lauay Safi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşünün yekunları üzrə bəyan edib.
Suriyanın Milli Keçid Şurası Türkiyədə nümayəndəlik açır

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir A.Tağıyeva /

Suriyanın Milli Keçid Şurası (MKŞ) yaxın günlərdə Türkiyədə nümayəndəlik açacaq. Bu barədə MKŞ-nin nümayəndəsi Lauay Safi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşünün yekunları üzrə bəyan edib. Trend-in məlumatına görə, xəbəri CNN Turk telekanalı yayıb.

Bununla yanaşı, Türkiyədə səfərdə olan MKŞ-nin nümayəndələri Ankaranın Milli Keçid Şurasını rəsmən tanımasının vacibliyini bəyan ediblər.

Türkiyənin XİN rəhbəri ilə MKŞ nümayəndələrinin görüşü zamanı Ərəb Dövlətləri Liqası (ƏDL) tərəfindən Suriyanın bu təşkilatda üzvlüyünün dayandırılması ilə bağlı məsələ və Suriya böhranının dinc yolla həlli yolları müzakirə edilib.

Bir müddət əvvəl ƏDL-in Qahirədəki mənzil-qərargahında XİN rəhbərlərinin təcili iclası keçirilib. İclasda Suriyada zorakılığın davam etdirilməsi ilə əlaqədar Suriya nümayəndə heyətini təşkilatın iclasında iştirak etməkdən kənarlaşdırmaq qərara alınıb. Bununla yanaşı, ƏDL təşkilata üzv olan ölkələri öz səfirlərini Dəməşqdən geri çağırmağa dəvət edib, eləcə də onu siyasi və iqtisadi sanksiyalarla hədələyib.

Suriyada 8 aydır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. BMT-nin məlumatına görə, həlak olanların sayı 3,5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 1,5 mindən artıq adamın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir.

Xəbər lenti

Xəbər lenti