Azərbaycan, Bakı, 23 noyabr / Trend, müxbir A.Tağıyeva /
Türkiyənin Neft və Qaz Korporasiyası və aparıcı neft şirkəti "Shell" bu gün Aralıq dənizində birgə neft və qaz kəşfiyyatı və hasilatı üzrə saziş imzalayıblar. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.
Sentyabrın sonlarında Türkiyə Şimali Kipr Türk Respublikası ilə birgə yunan və türk tərəflərinə ayrılmış Kipr adasının sahillərində karbohidrogen kəşfiyyatı aparmağa başlayıb. Bu kəşfiyyat işləri Ankaranın Kipr Respublikasında aparılan analoji işlərə cavabıdır.