Azərbaycan, Bakı, 25 noyabr / Trend müxbir T.Cəfərov/
Ötən gün İranın Şiraz şəhərinin Adilabad həbsxanasında narkotik alqı-satqısında ittiham olunan 11 nəfər edam olunub. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat verir.
Məlumata əsasən, Şiraz şəhər prokrorluğu bildirib ki, edam olunan şəxslər 2008-2010-cu illər ərzində külli miqdarda narkotikin alqı-satqısı və daşıması ittihamı ilə həbs olmuşdular.
BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalarda göstərildiyindən daha çoxdur. İranın MEHR xəbər agentliyinin məlumatına görə, hazırda narkotik alış-verişi və ondan istifadə ittihamı ilə edama məhkum edilmiş şəxslərin sayı 300 nəfərdir.