...

Türkiyədə 10 terrorçu məhv edilib

Dünya xəbərləri Materials 14 Fevral 2012 05:43 (UTC +04:00)
Şərqi Türkiyədə baş vermiş toqquşmada Kürd Fəhlə Partiyasının (PKK) on yaraqlısı məhv edilib.
Türkiyədə 10 terrorçu məhv edilib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Şərqi Türkiyədə baş vermiş toqquşmada Kürd Fəhlə Partiyasının (PKK) on yaraqlısı məhv edilib. Bu barədə Trend Türkiyənin KİV-lərə istinadən məlumat verir.

Türkiyənin təhlükəsizlik qüvvələrinin Şırnak vilayətinin Uludərə ilçəsində apardığı əməliyyat zamanı 10 PKK üzvü məhv edilib. Toqquşmada iki nəfər türk əsgər həlak olub, üç nəfər yaralanıb.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti