...

Tbilisi konfransı regiondakı münaqişələrin həlli ilə bağlı tövsiyələr hazırlayır

Dünya xəbərləri Materials 21 Mart 2012 13:17 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 mart / Trend, müxbir N.Kirsxaliya/

Martın 21-22-də Tbilisidə "Cənubi Qafqazda təhlükəsizlik" adlı beynəlxaq konfrans keçirilir. Gürcüstan və Böyük Britaniyanın xarici işlər nazirlikləri tərəfindən təşkil olunan konfransda Cənubi Qafqazda təhlükəsizliyə dəstək məsələləri müzakirə olunur.

İki gün davam edəcək konfransda Cənubi Qafqazda münaqişələrin tənzimlənməsi perspektivləri müzakirə ediləcək. Bu barədə çərşənbə günü Trend-ə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze deyib.

"Bu, çox əhəmiyyətli bir görüşdür. Burada ekspertlər, diplomatlar, icra və qanunverici orqanların nümayəndələri öz fikirlərini bildirə və münaqişələrin həllinə öz yanaşmalarını müəyyən edə bilərlər. Konfrans zamanı regionda əlavə gərginlik yaradan münaqişələrlə bağlı müəyyən tövsiyələr hazırlanacaq", - nazir deyib.

Konfransda Gürcüstanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, eləcə də Azərbaycan və Ermənistan XİN-lərinin nümayəndə heyətləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti