Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Tağıyeva/
Türkiyə hökuməti heç vaxt terrorçularla danışıqlar aparmayacaq. Trend-in "TRT-Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
"Türkiyə heç vaxt terrorçularla danışıqlar stolu ətrafında oturmayacaq", - Ərdoğan qeyd edib.