...

İran BAEA ilə danışıqların ilk gününü konstruktiv hesab edir

Dünya xəbərləri Materials 15 May 2012 14:31 (UTC +04:00)
İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) nümayəndəsi Əli Əsgər Soltaniyə bəyah edib ki, agentliklə danışıqların ilk günü müsbət və konstruktiv olub.
İran BAEA ilə danışıqların ilk gününü konstruktiv hesab edir

Azərbaycan, Bakı, 15 may /Trend, müxbirlər T.Cəfərov, E. Tariverdiyeva/

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) nümayəndəsi Əli Əsgər Soltaniyə bəyah edib ki, agentliklə danışıqların ilk günü müsbət və konstruktiv olub. Bu barədə Trend çərşənbə axşamı IRNA agentliyinə istinadən məlumat verir.

Soltaniyə bu bəyanatı İran və BAEA arasında nüvə problemi üzrə danışıqların ikinci gününün başlaması ərəfəsində verib.
İranı danışıqlarda Əli Əsgər Soltaniyə təmsil edir, BAEA nümayəndə heyətinə isə agentliyin baş direktorunun müavini Herman Nakkarts başçılıq edir.

İran mayın 23-də ölkənin nüvə fəaliyyəti problemini müzakirə etmək üçün Bağdadda "altılıq" - danışıq iştirakçıları ilə görüşməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti