...

Türkiyə Suriya ilə sərhədə hərbi texnika yığır

Dünya xəbərləri Materials 26 İyun 2012 18:17 (UTC +04:00)
Türkiyə Suriya ilə sərhədə hərbi texnika yığır
Türkiyə Suriya ilə sərhədə hərbi texnika yığır

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bugünkü "Əsəd rejimi Türkiyənin təhlükəsizliyinə təhdiddir" açıqlamasından sonra Türkiyə Suriya ilə sərhədinə xeyli sayda hərbi texnika yığıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti yazır.

Bu gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşşar Əsəd rejiminin Türkiyə və onun vətəndaşları üçün təhlükə olduğunu bildirib.

Baş nazir qeyd edib ki, Suriyanın beynəlxalq hava məkanında Türkiyə Silahlı Qüvvələrinin hərbi təyyarəsini vurmasından sonra Ankara beynəlxalq hüquq normaları çərçivəsində daha ciddi addımlar atacaq.

Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus "RF-4E" tipli kəşfiyyat təyyarəsi iyunun 22-də Malatya vilayətindəki "Erhaç" aviabazasından havaya qalxıb. Təyyarə havaya qalxdıqdan saat yarım sonra Aralıq dənizi üzərində Suriya tərəfindən vurulub.

Suriya Türkiyə təyyarəsini ölkənin hava məkanına soxulmasından sonra öz ərazi suları üzərində vurduğunu bəyan edib. Lakin Türkiyə XİN-in rəhbəri Əhməd Davudoğlu bildirib ki, təyyarə beynəlxalq hava məkanında vurulub, onun qalıqları Suriyanın ərazi sularına düşüb.

Xəbər lenti

Xəbər lenti