Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Samsun vilayətində baş vermiş sel nəticəsində altı nəfər həlak olub, onlardan ikisi uşaqdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Sabah" qəzeti xəbər verir.
Eləcə də üç nəfər itkin düşüb. Sel artıq iki gündür yağan yağışlar nəticəsində yaranıb. Sel binaların dağılmasına gətirb çıxarıb.
Hadisə yerində xilasedicilər çalışırlar.