Azərbaycan, Bakı, 7 iyul /Trend/
14 Rusiya vətəndaşı Ukraynada avtomobil qəzasının qurbanı olub, 22 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə RF FHN Böhranlı vəziyyətlərin Milli İdarəetmə Mərkəzinin rəisi Vladinmir Stepanov bildirib.
"Son məlumatlara görə, 14 nəfər həlak olub və 22-si xəsarət alıb", - o deyib. Stepanov əlavə edib ki, RF FHN qəzanın baş verdiyi bütün şəraiti araşdırmaq üçün Ukrayna DİN ilə fəal iş aparır.