Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir A.Tağıyeva/
Dünən Suriyanın Aleppo şəhərindəki mərkəzi həbsxanada dustaqlar qiyam edib. Trend-in məlumatına görə, bu barədə Əl-Cəzirə telekanalı xəbər yayıb.
İlkin məlumatlara görə, qiyam nəticəsində altı dustaq həlak olub. Üsyan gözyaşardıcı qaz və odlu silahdan istifadə olunmaqla yatırılıb.
BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfərdir. 230 minə yaxın insan qaçqına çevrilib, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti bəyan edir ki, onlar yaxşı silahlanmış yaraqlılarla mübarizə aparırlar.