Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir A.Tağıyeva/
Bu gün İzmirdə terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlıları hərbi konvoya hücub ediblər. Bu barədə Trend cümə axşamı "Sabah" qəzetinə istinadən məlumat verir.
Hərbi karvanın keçidi zamanı partlayış baş verib, sonra isə karvan atəşə tutulub.
Hücum nəticəsində bir hərbiçi ölüb, daha dördü isə yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.