Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan türk deputat Hüseyn Aygünün terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvləri tərəfindən girov götürülməsi ilə bağlı ölkə kəşfiyyatının rəhbəri Hakan Fidanla görüşüb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin "Sabah" qəzeti xəbər verib.
Dünən PKK yaraqlıları Tuncelidən ölkə parlamentinin deputatı Hüseyn Aygünü girov götürüblər.
Vilayət qubernatorunun bəyanatına görə, yerli vaxtla saat 17:00-a yaxın Aygünün getdiyi maşın Ovacıq şəhərində yaraqlılar tərəfindən saxlanılıb. Deputat oğurlanıb.
Siyasətçi ilə yanaşı onun rəsmi nümayəndəsi və "Axşam" qəzetinin müxbiri də girov götürülüb. Lakin az sonra o buraxılıb.
Aygün müxalifətyönlü Cümhuriyyət Xalq Partiyasının deputatıdır.