Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir A.Tağıyeva/
Müxalif Azad Suriya Ordusunun döyüşçüləri bazar ertəsi Deyr əz-Zor vilayəti üzərində hökumət qoşunlarına məxsus MiQ-23 qırıcısını məhv ediblər. Trend-in məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı müxalifət fəallarına istinadən xəbər verib.
Suriya hakimiyyəti hələlik bu məlumatı şərh etmir.
Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət arasında toqquşmalar 17 aydan bəri davam edir. BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 mini ötüb, 230 min insan qaçqın düşüb, üç milyona yaxın adamın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti onların yaxşı silahlanmış yaraqlılara mübarizə aparmalı olduqlarını bəyan edir.