Azərbaycan, Bakı, 22 avqust / Trend, müxbir A.Tağıyeva/
Türkiyə Silahlı Qüvvələri çərşənbə axşamı terrorçu Kürd Fəhlə Partiyasının (PKK) İraqın şimalında yerləşən iki iri Zap və Hakurk düşərgələrini bombardmana məruz qoyub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Sabah" qəzeti xəbər verir.
Bildirilir ki, F-16 qırıcıları yaraqlıların iri bazalarının məhv edilməsi əməliyyatına gündüz saatlarında başlayıb və əməliyyat gecəyədək davam edib.
Düşərgələrdə PKK liderləri Murad Karayılan, Cəmil Bayık və Duran Kalkanın olduğu güman edilir.