...

İran zəlzələdən zərər çəkənlərə 49 milyon dollar ayırır

Dünya xəbərləri Materials 22 Avqust 2012 18:35 (UTC +04:00)
İran hökuməti Şərqi Azərbaycan vilayətində zəlzələdən zərər çəkənlərə yaşayış evlərinin tikintisi və bərpası üçün 49 milyon dollar ayırıb.
İran zəlzələdən zərər çəkənlərə 49 milyon dollar ayırır

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbirlər T.Cəfərov, E.Tarıverdiyeva /

İran hökuməti Şərqi Azərbaycan vilayətində zəlzələdən zərər çəkənlərə yaşayış evlərinin tikintisi və bərpası üçün 49 milyon dollar ayırıb. Bu barədə İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü MEHR agentliyi xəbər verib.

Zəlzələdən zərər çəkənlər üçün vəsaitin ayrılması ölkə Prezidenti Mahmud Əhmədinejad və Nazirlər Kabineti tərəfindən bəyənilib.

Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində (əsasən Əhər, Vərzəqan və Həris şəhərlərində) 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.

Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.

Son məlumatlara görə, zəlzələ nəticəsində 306 nəfər həlak olub, 3 mindən artıq insan yaralanıb.

Məhəmməd Nəccar əlavə edib ki, ümumilikdə istiqraz şəklində 347 min dollara yaxın vəsait zəlzələdən zərər çəkmiş rayonların bərpasına ayrılıb.

Bundan başqa, zəlzələdən zərər çəkmiş hər ailəyə 4 min dollar veriləcək.

Xəbər lenti

Xəbər lenti