...

Yerevanda Ermənistan-İran hökumətlərarası komissiyasının iclası başlayıb

Dünya xəbərləri Materials 24 Oktyabr 2012 16:09 (UTC +04:00)
Yerevanda Ermənistan-İran hökumətlərarası komissiyasının 11-ci iclası öz işinə başlayıb. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" xəbər verir.
Yerevanda Ermənistan-İran hökumətlərarası komissiyasının iclası başlayıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Yerevanda Ermənistan-İran hökumətlərarası komissiyasının 11-ci iclası öz işinə başlayıb. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" xəbər verir.

Bununla əlaqədar İranın energetika naziri, komissiyanın həmsədri Məcid Namcunun başçılıq etdiyi nümayəndə heyəti Yerevana gedib.

Ermənistanın energetika və təbii resurslar naziri Armen Movsisyan iclası açaraq əminliyini ifadə edib ki, iclas çərçivəsində tərəflər birgə görülmüş işi yekunlaşdıra və gələcəklə bağlı planları dəqiqləşdirə biləcəklər. Tərəflər işçi iclasların gedişində ticarət-iqtisadi energetika, nəqliyyat və rabitə, filiz mədən sənayesi, ekologiya, səhiyyə, kənd təsərrüfatı, əmək, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Yerevan iclasının yekunları üzrə "Ermənistan-İran hökumətlərarası komissiyasının 11-ci birgə iclasının Anlaşma memorandumu" imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti