...

Bakıda Qazaxıstanın Müstəqillik Günü qeyd olunub

Dünya xəbərləri Materials 20 Noyabr 2012 23:16 (UTC +04:00)
Bakıda çərşənbə axşamı Qazaxıstanın müstəqilliyinin 21-ci ildönümü, Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-illiyinə və Qazaxıstanın birinci prezidenti gününə həsr edilmiş tədbir keçirilib. Tədbir Qazaxıstanın Bakıdakı səfirliyi tərəfindən təşkil olunub.
Bakıda Qazaxıstanın Müstəqillik Günü qeyd olunub

Azərbaycan, Bakı, 20 noyabr / müxbir Trend Y. Kosolapova/

Bakıda çərşənbə axşamı Qazaxıstanın müstəqilliyinin 21-ci ildönümü, Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-illiyinə və Qazaxıstanın birinci prezidenti gününə həsr edilmiş tədbir keçirilib. Tədbir Qazaxıstanın Bakıdakı səfirliyi tərəfindən təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Qazaxıstanın Bakıdakı səfiri Serik Primbetov qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında sıx dost əlaqələri yaranıb.

"Qazaxıstan və Azərbaycan arasında münasibətlər tarixi və mədəni əlaqələrə əsaslanıb və bu gün də qarşılıqlı anlaşılma və qarşılıqlı maraqlara riayət olunması çərçivəsində inkişaf etməyə davam edir", - səfir deyib.

O həmçinin qeyd edib ki, bu gün iki ölkənin arasında sıx iqtisadi əməkdaşlıq mövcuddur. Qazaxıstanda Azərbaycan kapitalı bazasında heç də az şirkət işləmir.

Onun sözlərinə görə, bu ildə ikitərəfli əlaqələrin möhkəmlənməsinə yönəldilmiş bir sıra tədbirlər keçirilib. Xüsusi ilə də Qazaxıstan-Azərbaycan hökümətlərarası komissiyasının illik iclası keçirilmişdi.

Həmçinin o xatırlatdı ki, Azərbaycanda bazar ertəsi Qazaxıstanın mədəniyyət günləri başlayıb.

Tədbirdə Azərbaycan tərəfini təqdim edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev həmçinin iki ölkənin arasında sıx tarixi və mədəni əlaqələrin olmasını qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın və Qazaxıstanın liderlərinin arasında xoş və dost münasibətləri yaranıb.

Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri və rəhbərləri də iştirak ediblər.

Tədbirin gedişatı zamanı Qazaxıstan artistlərinin ifasında əsərlər səslənib, həmçinin Qazaxıstanın və SSRİ xalq artisti Alibek Dnişevdə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti