...

Ermənistanın xarici borcu 2012-ci ildə təxminən 4 milyard dollara çatıb

Dünya xəbərləri Materials 28 Yanvar 2013 11:23 (UTC +04:00)
2012-ci ildə Ermənistan hökumətinin xarici borcu 2011-ci illə müqayisədə təxminən 300 milyon dollar artaraq 3 milyard 859 milyon dollar təşkil edib.
Ermənistanın xarici borcu 2012-ci ildə təxminən 4 milyard dollara çatıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

2012-ci ildə Ermənistan hökumətinin xarici borcu 2011-ci illə müqayisədə təxminən 300 milyon dollar artaraq 3 milyard 859 milyon dollar təşkil edib. Bu barədə şənbə günü jurnalistlərə Ermənistan parlamentinin Maliyyə-kredit və büdcə məsələləri üzrə daimi komissiyasının sədri, hakim Ermənistan Respublika Partiyasının üzvü Qaqik Minasyan bildirib. Trend-in məlumatına görə, xəbəri ARKA agentliyi yayıb.

O, deyib ki, Ermənistan Mərkəzi Bankının xarici borcu 800 milyon dollara yaxın təşkil edir və onun maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilmir.

Bununla yanaşı, Minasyan qeyd edib ki, Ermənistan hökumətinin xarici dövlət borcu ölkə ÜDM-nin 37 faizini təşkil edir.

Məlumata görə, 2012-ci il sentyabrın 30-na olan vəziyyətə görə, Ermənistan hökumətinin xarici dövlət borcu 3,7 milyard dollar təşkil edib ki, bu da borcun 2011-ci il dekabrın 30-na olan vəziyyət üzrəki həcmindən 4,8 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti