...

Ermənistan prezidentliyinə namizədə sui-qəsd olunub

Dünya xəbərləri Materials 1 Fevral 2013 02:22 (UTC +04:00)
Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana cümə axşamı sui-qəsd olunub.
Ermənistan prezidentliyinə namizədə sui-qəsd olunub

Azərbaycan, Bakı, 1 fevral /Trend /

Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana cümə axşamı sui-qəsd olunub. Trend-in RİA Novosti xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ayrikyan çiynindən güllə zədəsi alıb.

İnsident Yerevanda baş verib. Hadisə yerində polislər istintaq tədbirləri aparır.

Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək. Ermənistan prezidenti postu uğrunda Ermənistanın indiki Prezidenti Serj Sarkisyan, keçmiş Baş nazir, Azadlıq Partiyasının lideri Qrant Baqratyan, XİN-in keçmiş rəhbəri, İrs Partiyasının İdarə Heyətinin sədri Raffi Ovannisyan, Paruyr Ayrikyan, Arman Məlikyan, Andreas Qukasyan, Vardan Sedrakyan, Milli Həmrəylik Partiyasının lideri Aram Arutyunyan mübarizə aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti