...

Ermənistanda yaralı namizəd əməliyyat olunub, vəziyyəti sabitdir

Dünya xəbərləri Materials 1 Fevral 2013 13:01 (UTC +04:00)
Ermənistanda dünən gecə sui-qəsdə məruz qalmış prezidentliyə namizəd Payuyr Ayrikyan "Qriqor Lusavoriç" Tibb Mərkəzində uğurla əməliyyat olunub.
Ermənistanda yaralı namizəd əməliyyat olunub, vəziyyəti sabitdir

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Ermənistanda dünən gecə sui-qəsdə məruz qalmış prezidentliyə namizəd Payuyr Ayrikyan "Qriqor Lusavoriç" Tibb Mərkəzində uğurla əməliyyat olunub. Trend-in məlumatına görə, bu barədə "1in.am" yazır.

Əməliyyatdan çıxdıqdan sonra həkimlər siyasi xadimin doğmalarına əməliyyatın uğurla keçdiyini, Ayrikyanın vəziyyətinin sabit olduğunu bildiriblər.

Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı cümə axşamı sui-qəsd olunub. İnsident Yerevanın mərkəzində, onun valideynlərinin evinin yerləşdiyi Tpaqriçneri küçəsində baş verib. Həkimlər zərərçəkənin vəziyyətini orta ağır kimi qiymətləndirilər. Çox güman ki, artıq səhər güllə onun bədənindən çıxarılıb.

Ayrikyan Ermənistan prezidentliyinə dördüncü dəfədir namizədliyini irəli sürür. Buna qədər o, 1991-ci, 1998-ci, 2003-cü illərdə seçkilərdə iştirak edib.

Ermənistan Konstitusiyasına əsasən, hər hansı prezidentliyə namizədin seçkilərdə iştirakına maneələr yarandığında, seçkilər iki həftə müddətində təxirə salınır.

Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-nə planlaşdırılıb.
.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti