...

Gürcü millət vəkilləri canlı yayımda dalaşdı

Dünya xəbərləri Materials 14 Fevral 2013 00:13 (UTC +04:00)
İnsident Gürcüstan baş naziri Bidzina İvanişvilinin həyat yoldaşina məxsus 9-cu telekanalda yaşanıb. Parlamentari İrakli Ratiani və Koba Davitaşvili studiyadakı debat sirasında baxışları düz gəlməyib. Bildirilir ki, tərəflər 8 fevral insidentini müzakirə edərkən sözləri tərs gəlib. Qeyd olunur ki, həmin tarixdə kütlə milli hərəkat nümayəndələrinin milli kitabxananın binasına daxil olmasına əngəl yaradıb.
Gürcü millət vəkilləri canlı yayımda dalaşdı

Gürcüstan, Tbilisi 14 fevral /Trend, N. Kirtsxalia/

İnsident Gürcüstan baş naziri Bidzina İvanişvilinin həyat yoldaşına məxsus 9-cu telekanalda yaşanıb. Parlamentari İrakli Ratiani və Koba Davitaşvilinin studiyadakı debat sirasında baxışları düz gəlməyib. Bildirilir ki, tərəflər 8 fevral insidentini müzakirə edərkən sözləri tərs gəlib. Qeyd olunur ki, həmin tarixdə kütlə milli hərəkat nümayəndələrinin milli kitabxananın binasına daxil olmasına əngəl yaradıb.

Orada ölkə prezidenti Mixail Saakaşvilinın çıxışı gözlənilsə də, sonda təxirə salınıb. Deputatlara gəlincə, Davitaşvili millətçilərin növbəti yığıncağına gələcəyini deyib. Sonradan o səxsən parlamentdəki həmkarlarını ünvanına hədə dolu ifadələr işlətməklə yanaşı studiyadakı rəqibini də təhqir edib.

Bu azmış kimi o Ratianiyə yaxınlaşıb, onu vurmaq istəsə də, əks tərəfdən cavabını alib. Tele şirkətin əməkdaşları isə ara qızışan kimi əlbəyaxa olan parlamentariləri ayırmağa calışıb. İrakli Ratianinin fikrincə, rəqibinin fraksiyası həddini aşaraq, nəinki küçədə, hətta studiyada da zorakılıq əməllərindən cəkinmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti