Azərbaycan, Bakı, 4 may /Trend, müxbirlər F.Kərimov, E.Tariverdiyeva/
İslahatçılar ali lider ayətullah Əli Xamneyi ilə əlaqələri möhkəmləndiriblər. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Mehr News" agentliyinə açıqlamasında islahatçılar cəbhəsindən prezidentliyə namizəd Məhəmmədrza Aref bildirib.
"İnsanların əksəriyyəti 2009-cu ildə seçkilərin mübahisəli nəticələrinə görə prezident seçkilərində iştirak etməyə meylli deyillər", - o, bildirib.
"Əgər biz cəmiyyətdə islahat ideyasının irəliləyişində müvəffəqiyyət qazanacağıqsa, bizim qələbəmiz öncədən müəyyənləşəcək", -Aref bildirib.
İranda yeddinci prezidentin seçiləcəyi 11-ci prezident seçkilərinin iyunun 14-də keçirilməsi planlaşdırılır. Xatırladaq ki, Mahmud Əhmədinejad üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilməz.