...

İranda beynəlxalq aviareyslərə biletlər bahalaşıb

Dünya xəbərləri Materials 4 May 2013 14:01 (UTC +04:00)
İranda beynəlxalq aviareyslərə biletlər ötən həftə ilə müqayisədə iki faiz bahalaşıb.
İranda beynəlxalq aviareyslərə biletlər bahalaşıb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbirlər F.Kərimov, E.Tariverdiyeva/

İranda beynəlxalq aviareyslərə biletlər ötən həftə ilə müqayisədə iki faiz bahalaşıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü "İSNA" agentliyi xəbər yayıb.

Ötən həftə İran aviaşirkətləri biletləri ABŞ dollarının məzənnəsi əsasında 35 400 realdan satırdı. Hazırda biletlərin satışı ABŞ dolları məzənnəsi ilə 36 min realdan həyata keçirilir.
Statistika beynəlxalq uçuşlar üçün bilet satışının ötən ilin analoji dövrü ilə müqayisədə martın 21-də başlayan cari İran təqvimində 20 faiz aşağı düşüb.

"İran aviaşirkətləri pis maliyyə vəziyyəti ilə bağlı Neft Nazirliyinə olan borcları bağlamaq iqtidarında deyillər", - bunu İranın Hava Yolları Assosiasiyasının sədri Seyid Əbdülrza Musəvi "Fars" agentliyinə açıqlamasında bildirib.

"Xarici valyuta məzənnələrindəki artım və artan yanacaq qiymətləri ilə hava nəqliyyatı ilə sərnişin daşınmalarını artırmaq mümkün deyil", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti