...

İran yeni pilotsuz təyyarə təqdim edəcək

Dünya xəbərləri Materials 6 May 2013 11:24 (UTC +04:00)
Mayın yeddisində İran yerli istehsal məhsulu olan pilotsuz təyyarəni rəsmi olaraq təqdim edəcək.
İran yeni pilotsuz təyyarə təqdim edəcək

Azərbaycan, Bakı, 6 may /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

Mayın yeddisində İran yerli istehsal məhsulu olan pilotsuz təyyarəni rəsmi olaraq təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İranın müdafiə naziri Əhməd Vahidiyə istinadən "İSNA" agentliyi xəbər yayıb.

Məlumata görə, Vahidi vurğulayıb ki, pilotsuz uçan aparat iranlı mütəxəssislər tərəfindən yaradılıb və "Hamaseh" adlanır.

Nazir, həmçinin qeyd edib ki, yaxın gələcəkdə İran yeni raket buraxılış kompleksini nümayiş etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti