...

İraqda terror aktlarında təxminən 30 nəfər ölüb, 100-dən çox adam yaralanıb

Dünya xəbərləri Materials 22 May 2013 03:37 (UTC +04:00)
İraqda çərşənbə axşamı terror aktları nəticəsində qurbanlarının sayı 29-a çatıb, 100-dən çox adam yaralanıb.
İraqda terror aktlarında təxminən 30 nəfər ölüb, 100-dən çox adam yaralanıb

Azərbaycan, Bakı, 22 may /Trend /

İraqda çərşənbə axşamı terror aktları nəticəsində qurbanlarının sayı 29-a çatıb, 100-dən çoxu yaralanıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Əsasən şiələrin məskunlaşdıqları Salahəddin əyalətinin Tuz-Xurmatu şəhərində silahlılar tərəfindən iki minalanmış avtomobil partladılıb. Bununla da üç nəfər terror aktının qurbanı olub və 44 nəfər yerli sakin yaralanıb, 10-a yaxın binaya zərər vurulub. Partlayıcı qurğuların yolda quraşdırılması nəticəsində Kərkük şəhərində iki nəfər həlak olub və 25 nəfər yaralanıb.

Bağdadın qərbindəki Əbu-Qərib şəhərində törədilmiş partlayış beş nəfərin həyatına son qoyub, təxminən 20-si yaralanıb. Baakuba şəhərində naməlum silahlı şəxslər tərəfindən iki sünni güllələnib, şəhər bazarında iki partlayıcı qurğunun işə düşməsi nəticəsində üç nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti