...

Oklahomada qasırğadan dəymiş zərər 1 milyard dolları ötə bilər

Dünya xəbərləri Materials 22 May 2013 04:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend /

ABŞ-ın Oklahoma ştatına qasırğadan dəymiş zərər bir milyard ABŞ dollarını ötə bilər. Bu barədə Trend CNN telekanalına istinadən məlumat verir.

RİA Novosti agentliyi xəbər verir ki, zərərin qiymətləndirilməsi üzrə iş başa çatmadığından, məlumatlar olduqca ilkin xarakter daşıyır.

ABŞ-ın federal hakimiyyəti təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında ştata köməklik göstərilməsinə söz verib. Oklahoma ştatında baş vermiş qasırğanın gücü Fudjita cədvəli üzrə ən yüksək ölçülən F-5 kateqoriyasına uyğun olub.

Ştat hakimiyyəti 24 nəfərin, o cümlədən 9 uşağın həlak olması faktını təsdiq edib. Bununla yanaşı ABŞ-ın Fövqəladə Hallar üzrə Federal Agentliyi 51 nəfərin həlak olduğunu bildirib.

Bundan başqa, xəstəxanalara 230-dan çox zərərçəkmiş yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti