...

İran prezidentliyinə namizəd ölkədə inflyasiya problemini həll etməyə söz verir

Dünya xəbərləri Materials 22 May 2013 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

İran prezidentliyinə namizəd, islahatçı Məhəmməd Ğərəzi bildirib ki, onun xalqla bölüşmək istədiyi təcrübəsi var. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Tasnim" agentliyi xəbər yayıb.

Məlumata əsasən, Ğərəzi bildirib ki, qarşıdakı prezident seçkilərində qalib gəldiyi halda o, antiinflyasiya hökumətini formalaşdıracaq:

"Mən istəyirəm ki, İran xalqı inflyasiyanın öhdəsindən gələ biləcək hökumətə səs versin. Bu mənim proqramıdır".

Prezidentliyə namizəd, həmçinin bildirib ki, o, təxminən 50 il ərzində müxtəlif dövlət vəzifələrində işləyib və vurğulayıb ki, onun ölkədəki inflyasiyanı həll etmək təcrübəsi var.

Ğərəzi 1981-ci ildən 1985-ci ilədək İranın neft naziri, 1995-ci ildən 1997-ci ilədək isə, rabitə və poçt naziri vəzifələrini tutub. O, həmçinin 1980-cı ildən 1984-cü ilədək İran Parlamentinin deputatı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti