Azərbaycan, Bakı, 30 may/Trend/
Ermənistanın "Armavia" aviaşirkəti təyyarələrini və əmlakını satışa çıxardığını elan edib. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu şikətin mətbuat katibi Nana Avetisova deyib.
"Armavia" bu ilin aprel ayında uçuşları dayandırdığını və müflis olduğunu elan etmişdi.
Avetisova deyib ki, bu yolla borcları ödəməyi planaşdırırıq. Onun sözlərinə görə, şirkətə borclu olanlar da var. O, satılan təyyarələrin sayını açıqlamaqda çətinlik çəkib. Avetisova şirkətin borcunun həcmini də açıqlamayıb.